Logo

Respublika Seysmoloji Xidmət Mərkəzi “Açıq qapı” günü keçirəcək

26.03.2024 09:39 115 baxış
IMG

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) martın 27-də saat 11:00-da “Açıq qapı” günü keçirəcək.

Tehsil.biz xəbər verir ki, bu barədə RSXM-nin Elektron xidmətlər şöbəsindən bildirilib.

Qeyd olunub ki, tədbirdə 1902-ci ildən bu günə qədər, yəni son 122 ildə Azərbaycan ərazisində aparılan tədqiqatlarda istifadə olunan seysmoloji və geofiziki cihazlar nümayiş etdiriləcək.

Son yüz ildə Azərbaycan seysmologiyasının inkişaf mərhələləri və əldə olunmuş nəticələrə dair tədqimatlar olacaq. Eləcə də, RSXM-nin seysmik stansiyalarından seysmik dalğaların Monitorinq Mərkəzinə qəbulu, seysmik dalğa məlumatlarının emalı, zəlzələ ocaqlarının mexanizminin öyrənilməsi metodları, GPS tədqiqatları və alınmış nəticələr haqqında məlumatlar iştirakçılara təqdim olunacaq.

Tədbirdə AMEA rəhbərliyi, ali məktəblərin tələbələri və orta məktəb şagirdləri iştirak edəcəklər.

Xəbər lenti