Logo

Fransanın televiziya kanalında Novruz bayramına dair reportaj yayımlanıb - FOTO

25.03.2024 21:33 147 baxış
IMG

“France 3” televiziya kanalında Azərbaycanın Novruz bayramına dair reportaj yayımlanıb.

Tehsil.biz AZƏRTAC-a xəbər verir ki, reportajda Fransanın La Loire departamentində Novruz bayramının qeyd edilməsindən bəhs olunub.

Novruz bayramı və onun qeyd edildiyi ölkələr haqqında məlumat verilib. Sonra Azərbaycanda baharın gəlişinin bayram edilməsindən, Novruz təamlarından söhbət açılıb. Novruz bayramını bir çox ölkələrin ilk dəfə birgə qeyd etməsindən danışılıb.

Azərbaycanlı gənc skripkaçı Rasim Məmmədov milli musiqimizi ifa edib və “France 3” televiziyasına musiqimiz haqqında məlumat verib. Həmçinin milli rəqslərimiz nümayiş olunub.

La Loire departamentinin yerli ictimaiyyəti bayram şənliyini maraqla izləyib.

Xəbər lenti