Logo

Niderlandda yaşayan azərbaycanlı gənclər Novruz bayramını qeyd ediblər - FOTO

25.03.2024 19:00 134 baxış
IMG

Niderlandın böyük neft şirkətlərindən birində işləyən azərbaycanlı gənclər çalışdıqları kollektivlə Novruz bayramı keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, Novruzu qeyd edən digər xalqların nümayəndələri ilə birlikdə tədbir iştirakçılarına bu bayram haqqında məlumat veriblər. Azərbaycanlı gənclər bayramın ölkəmizə xas adət-ənənələri, atributları ilə qonaqları tanış edib, doğma vətənləri haqqında danışıblar. 

Elvin Əsədov və Jalə Fərzəliyevanın milli kostyumlardakı çıxışları iştirakçıların rəğbətini qazanıb. Gənclərimizin hazırladığı bayram guşəsi ən gözəl stend kimi qiymətləndirilib.

Xəbər lenti