Logo

ADAU-nun Aqrar Gənclər Təşkilatı və Türkiyənin İyilik Elçileri arasında onlayn görüş keçirilib

24.03.2024 23:26 178 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatı və Türkiyənin İyilik Elçileri Topluluğu arasında onlayn görüş baş tutub.

ADAU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə əvvəlcə hər iki təşkilat arasında ilkin tanışlıq olub daha sonra təşkilat sədrləri qısa təqdimatla öz fəaliyyətləri haqqında məlumat veriblər.

Görüşün davamında dayanıqlı inkişaf məqsədləri haqqında müzakirələr aparılıb səhiyyə və rifah, iqlim dəyişikliyinə qarşı mübarizə, torpaq ekosisteminin mühafizə məqsədləri çərçivəsində hər iki təşkilatın birgə təşkilatçılığı ilə həyata keçirilə biləcək layihələrin təşkili və bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

Xəbər lenti