Logo

BANM tələbəsi “Aramco Araşdırma Mərkəzi”nin təqaüdünü qazanıb

24.03.2024 19:26 407 baxış
IMG

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Aqşin Yusifzadə Səudiyyə Ərəbistanın Kral Abdullah Elm və Texnologiya Universitetində (KAUST) yerləşən “Aramco Araşdırma Mərkəzi”nin təcrübə proqramının qalibi olub.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, tələbə Azərbaycandan bu proqramı qazanan yeganə tələbədir.

O, üç ay müddətinə Qabaqcıl membranlar və məsaməli materiallar bölməsində tədqiqat köməkçisi olaraq qəbul edilib.

Xəbər lenti