Logo

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

08.04.2021 18:26 225 baxış
IMG

Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb.

 

Tehsil.biz "Report"un Şimal-qərb bürosuna istinadən xəbər verir ki, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.

 

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov "Report"un yerli bürosuna bildirib ki, məktəb iki həftə bağlı qalacaq.

 

Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir.

Xəbər lenti