Logo

ADAU-da risklərin idarə edilməsi ilə bağlı maarifləndirici təlim keçirilib - FOTO

23.03.2024 20:36 137 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyəti və əməkdaşları üçün “Risklərin idarə edilməsi” mövzusunda maarifləndirici təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Təlimdə “Kapital Bank” ASC-nin Təşkilati risklərin idarə edilməsi mərkəzinin eksperti Tural Soltanov müəssisə riskləri və fəaliyyət zamanı baş verə biləcək risklərin idarə edilməsi sisteminin təşkili və əsas prinsipləri haqqında təqdimatla çıxış edib.

Əməkdaşların nəzəri biliklərinin və praktiki bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə, keyfiyyətli idarəetmə sistemində risklərin və imkanların müəyyən edilməsi, təhlili, təşkilatda risk və imkanlarla bağlı fəaliyyətlərin planlaşdırılması və effektiv şəkildə həyata keçirilməsi metodları barədə də məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti