Logo

BANM-də “PetroBowl” yarışı təşkil edilib - FOTO

23.03.2024 17:23 155 baxış
IMG

Bakı Ali Neft Məktəbində Neftçi Mühəndislər Cəmiyyəti (SPE BANM) komandası beynəlxalq “PetroBowl” yarışı təşkil edib.

Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.

Yarışa Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən ibarət 12 komanda qatılıb.

Üç mərhələdən ibarət yarışın qalibi Bakı Ali Neft Məktəbini təmsil edən "Petronom" komandası olub. BANM-in 3-cü kurs tələbələrindən ibarət “Caspian Flame” və “Based Community” komandaları isə II və III yerləri bölüşüblər.

Qaliblərə sertifikatlar təqdim olunub.

Yarışın koordinatoru BANM-in Neftçi Mühəndislər Cəmiyyətinin üzvü Rəsul Ələkbərov olub.

Xəbər lenti