Logo

Ağciyər xərçənginə qarşı peyvənd hazırlanır

23.03.2024 11:57 167 baxış
IMG

Britaniya alimləri ağciyər xərçənginə qarşı dünyada ilk peyvənd hazırlayırlar.

Tehsil.biz Gazeta.ru-ya istinadən xəbər verir ki, bu, xəstəliyin 90 %-ə qədərinin qarşısını ala bilir.

Bir neçə xeyriyyə təşkilatının “LungVax” peyvəndinin üç min dozasını yaratmaq üçün komandaya 1,7 milyon funt sterlinq vəsait ayırdığı bildirilir. Dərmanın koronavirus peyvəndi ilə eyni şəkildə işləyəcəyi gözlənilir.

Dərman Oksford Universiteti və biofarmasevt şirkəti “AstraZeneca” tərəfindən hazırlanır. Peyvənd ağciyərlərdə xərçəng hüceyrələrini məhv etmək üçün bədənin immun sistemini aktivləşdirəcək.

Xəbər lenti