Logo

ATMU-da “Yurdumuza bahar gəlir” adlı bayram festivalı keçirilib - FOTO

22.03.2024 21:55 128 baxış
IMG

Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərinə sədaqət rəmzi olan Novruzun gəlişi münasibətilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dövlət Turizm Agentliyinin, ATMU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyilə “Yurdumuza bahar gəlir” adlı bayram festivalı keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, ATMU-nun rektoru İlham Mədətov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, təbiətin oyanışının carçısı sayılan Novruz bayramı Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu, fəlsəfəsini ehtiva edir. Rektor bu bayramın milli-mənəvi dəyərlərimizin, yüksək bəşəri ideyaların daşıyıcısı sayıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqallarının Qarabağımızın bütün guşələrində alovlanması günümüzün reallığına çevrilib. Bayram ovqatının bütünləşən torpaqlarımızda qürur hissi ilə yaşandığını deyən rektor bununla da ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhunun şad olduğunu diqqətə çatdırıb.

“Yurdumuza bahar gəlir” adlı bayram festivalında universitet tələbələri Novruzun gəlişini xoş ovqat yaradan mahnıların müşayiətilə yallı gedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. Tədbirdə Azərbaycanın tanınmış müğənnilərinin ürəkaçan ifası şənliyi daha da rəngarəng edib.

Xəbər lenti