Logo

7-ci sinif şagirdi bayram günü qəzada öldü

22.03.2024 19:23 148 baxış
IMG

Gədəbəy rayonunda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Tehsil.biz"in məlumatına görə, hadisə martın 21-i rayonun Kiçik Qaramurad kəndində baş verib.

Belə ki, “KIA” markalı minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub.

7-ci sinif şagirdi aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti