Logo

“Azərbaycan-Çin iqtisadi əlaqələrinin müasir vəziyyəti və gələcək perspektivlər”

08.04.2021 17:26 155 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının təşkilatçılığı ilə “Azərbaycan-Çin iqtisadi əlaqələrinin müasir vəziyyəti və gələcək perspektivlər” mövzusunda onlayn elmi seminar keçirilib.

 

Seminarı giriş sözü ilə açan Dünya iqtisadiyyatı kafedrasının müdiri, professor Hacıağa Rüstəmbəyov mövzunun əhəmiyyətindən danışaraq Çin iqtisadiyyatının müasir inkişaf tendensiyası və Azərbaycan-Çin iqtisadi əlaqələrinin müasir vəziyyəti ilə bağlı məsələlərdən bəhs edib. Sonra Dünya iqtisadiyyatı kafedrasının əməkdaşları Xaliq Rüstəmov “Çin-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı və “Bir kəmər - bir yol” layihəsi”, Güllər Bağırova isə “Azərbaycan-Çin ticarət münasibətləri və pandemiya dövründə müasir vəziyyət” adlı məruzələrlə çıxış ediblər.


Seminarda çıxış edən dosent Habil Aslanov “Çin iqtisadi inkişaf modeli və xüsusiyyətləri” ilə bağlı mühüm məsələlərə diqqət çəkib, bu modelin öyrənilməsini və Azərbaycan iqtisadiyyatına tətbiqi xüsusiyyətlərinin araşdırılmasının zəruriliyini vurğulayıb. Siyasi elmlər namizədi Kərəm Məmmədov mövzu haqqında öz fikirlərini bölüşüb.

Xəbər lenti