Logo

SDU tələbələri Azərbaycan Təbabəti Muzeyinə ekskursiya ediblər - FOTO

22.03.2024 12:30 171 baxış
IMG

Sumqayıt Dövlət Universitetinin (SDU) Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aysel Ağayevanın təşəbbüsü ilə Təbiət elmləri fakültəsinin biologiya ixtisası üzrə təhsil alan 358-ci qrup tələbələrinin Xətai rayonunda yerləşən Azərbaycan Təbabəti Muzeyinə ekskursiyası təşkil olunub.

SDU-dan "Tehsil.biz"ə bildirilib ki, ekskursiya çərçivəsində tələbələrə muzey haqqında ətraflı məlumat verilib. Burada olan qədim mikroskoplar, tibb alətləri, biologiya və tibb sahəsinə aid qədim kitablar, alimlərin şəxsi əlyazmaları tələbələrin böyük marağına səbəb olub.

Qeyd edək ki, muzey Azərbaycan xalqının mədəni irsinin mühüm hissələrini, qədim dövrlərdən başlamış bugünkü günə qədər respublikada tibb və səhiyyənin inkişaf tarixini, habelə Azərbaycan alimlərinin vətən və dünya elmindəki nailiyyətlərini işıqlandırmaq məqsədilə təşkil olunub.

Muzeyin fondunda ümumilikdə 13845 əşya saxlanılır. Burada Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə açılmış, əsaslı təmir olunmuş tibb ocaqlarının fotoşəkilləri təqdim olunur. Stendlərdə həmçinin Prezident İlham Əliyevin səhiyyə islahatlarının aparılması yönündə verdiyi Sərəncam və Fərmanlar nümayiş olunur.

Xəbər lenti