Logo

MDU kollektivi şəhid Xəyal Canbaxışovun ailəsini ziyarət edib - FOTO

21.03.2024 17:01 158 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə 2023-cü ilin sentyabr ayında aparılan antiterror əməliyyatları zamanı şəhid olan Xəyal Canbaxışovun ailəsi ziyarət edilib.

MDU-dan "Tehsil.biz"ə bildirilib ki, ziyarət zamanı X.Canbaxışovun əziz xatirəsinə hazırlanmış otağa baxış keçirilib və şəhid dərin hörmət və ehtiramla yad edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhidin bacısı Xəyalə Canbaxışova MDU-da “Fizika müəllimliyi” ixtisasında təhsil alır.

Xəbər lenti