Logo

“Agro Dairy” MMC-nin kənd təsərrüfatı üzrə müşaviri ADAU-da seminar keçib - FOTO

21.03.2024 13:31 127 baxış
IMG

“Agro Dairy” MMC-nin kənd təsərrüfatı üzrə müşaviri, əməkdar kənd təsərrüfatı işçisi Məmmədzadə Nəbiyev Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) seminar keçib.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

“Dənli bitkilərin inkişaf mərhələlərinin diaqnostikası və aqrotexniki əhəmiyyəti” mövzusunda təşkil olunan seminarda Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Seminarda çıxış edən Universitetin elmi işlər üzrə prorektoru Azad İbrahimov mövzunun aktuallığından bəhs edərək, qısaca Məmmədzadə Nəbiyev haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti