Logo

Orta məktəb şagirdləri ADAU-nun Mühəndislik fakültəsində olublar - FOTO

20.03.2024 23:23 125 baxış
IMG

Orta məktəb şagirdləri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinə ekskursiya ediblər.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

“Heyrətamiz elmi təcrübələr” layihəsi çərçivəsində ADAU-da olan şagirdlərlə keçirilən ekskursiyanın məqsədi öyrəndikləri bilik və bacarıqları gündəlik həyatda istifadə edə bilmək, gələcəkdə doğru ixtisas seçimi etmək, tənqidi, yaradıcı, analitik düşünmə, təhliletmə bacarıqlarını daha da inkişaf etdirmək və qarşılaşdıqları problemləri müstəqil həll edə bilmələrini təmin etməkdən ibarətdir.

Həmçinin, şagirdlər ADAU-nun maddi-texniki bazası, aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub, həyata keçirilən beynəlxalq layihələr barədə məlumat alıblar.

Xəbər lenti