Logo

ADAU-nun əməkdaş və tələbələrinə aqrar sığorta ilə bağlı məlumat verilib - FOTO

20.03.2024 22:17 156 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup əməkdaş və tələbələrinə aqrar sığorta sistemində ekspertlərin fəaliyyəti və aqrar sığortanın əhəmiyyəti barədə ətraflı məlumat verib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

Aqrar Sığorta Fondunun regional nümayəndəsi Tofiq Hacıyev tədbir iştirakçılarına aqrar sığorta şərtləri, onun üstünlükləri, sığorta hadisələri və zərərin ödənişi prosesi barədə danışıb.

Həmçinin, tədbirdə müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyəti, ekspert sertifikatı almaq üçün tələb olunan təlim və imtahan prosedurları, eləcə də ekspertlərin əməyinin qiymətləndirilməsi üsulu diqqətə çatdırılıb.

Görüşdə aqrar sığorta şərtləri, ödənişlər, sığortanın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, professor-müəllim heyətinin rəy və təklifləri qeydə alınıb.

Xəbər lenti