Logo

Azərbaycanlı tələbə məşhur universitetlərdə hüquq təhsili alacaq

20.03.2024 21:21 195 baxış
IMG

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Aytac Əsgərova magistraturaya qəbul imtahanlarında ölkə birincisi olub.

Tehsil.biz xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov paylaşım edib.

Rektor 96 bal toplayan Aytac Əsgərovanın esse müsabiqəsindən maksimum nəticə göstərdiyini bildirib.

A.Əsgərova artıq dünyanın TOP 100 universitetlərindən sayılan Şotlandiyada Aberdin Universiteti, İngiltərədə Queen Mary Universiteti və Leeds Universitetində təhsil almaq hüququ qazanıb.

Xəbər lenti