Logo

BDU-da Novruz şənliyi keçirilib - FOTOLAR

18.03.2024 22:45 172 baxış
IMG

Martın 18-də Bakı Dövlət Universitetində (BDU) də Novruz şənliyi keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə qonaqlar tələbələrin hazırladıqları bayram ekspozisiyası ilə tanış olublar.

Novruz tonqalı qalanandan sonra bayram şənliyi BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

Mərkəzin əməkdaşları Azərbaycan xalq mahnılarını və rəqslərini ifa ediblər.

Xəbər lenti