Logo

Martın 20-də Azərbaycana yaz fəsli daxil olacaq

18.03.2024 12:35 130 baxış
IMG

20 Mart saat 07:06-da Azərbaycana yaz fəsli daxil olacaq.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "Tehsil.biz"ə verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən şimal yarımkürəsində yaz fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 00:50-də baharı yay əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.

Həmin gün ən uzun gündüz və ən qısa gecə  olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.

Xəbər lenti