Logo

ASAPES-də Novruz Bayramına həsr olunmuş güləş yarışı keçirilib - FOTO

17.03.2024 21:00 183 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) güləş zalında akademiyanın tələbələri arasında milli güləş üzrə yarış təşkil olunub.

Alademiyadan "Tehsil.biz"ə bildirilib ki, yarışda 4 çəki dərəcəsində (60 kq, 70kq, 80kq, 90kq) 80 idmançı tələbə qələbə uğrunda mübarizə aparıb.

ASAPES-in İdman işləri üzrə prorektoru Fərid Mansurov, İTN kafedrasının müdiri Qalib Abıyev və professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə vurğulanıb ki, yarışın əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin formalaşdırılması, həmçinin milli güləşin kütləvi təbliğ və təşviq olunmasıdır. 

Sonda qaliblərə mükafatlar təqdim olunub və yarışın təşkilində hakimlərin dəstəyi üçün Milli İdman Növləri Assosasiyasına təşşəkkür edilib.

Xəbər lenti