Logo

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

17.03.2024 20:31 146 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatının təşkilatçılığı ilə "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumda çıxış edən Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova qadının cəmiyyətdəki rolu, əhəmiyyəti və vəzifələri, Azərbaycan qadınlarından böyük uğurlara imza atmış və bu gün gənc xanımlarımıza nümunə ola biləcək tarixi şəxsiyyətlərimiz haqqında danışıb.

Psixoloq Taciyə Mehdisoy qadının ailədə və uşaq tərbiyəsindəki rolu eyni zamanda təhsil alan və təhsil almayan qadının cəmiyyətə təsirindən söz açıb.

Çıxış edən Leyla Camalzadə qadınların uğura aparan yolda qarşılaşacaqları problemlərlə necə başa çıxa biləcəkləri və gender bərabərliyinindən danışıb.

Əlavə olaraq Forumda çıxış edənlər, qadınlar nə zaman ailə qurmalıdır, hansı qadınlar uğurlu hesab olunur, qadınlar niyə zərif cins kimi tanınır və qadınlara verilən hüquqlar şəxsən qadınlar tərəfindən qorunurmu kimi mövzulardan bəhs ediblər.

Sonda forum iştirakçılarının sual və təklifləri dinlənilib.

Xəbər lenti