Logo

Kəlbəcərdə 960 şagirdlik məktəb tikilir - VİDEO

17.03.2024 18:32 183 baxış
IMG

İşğaldan azad edilən ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir.

Tehsil.biz xəbər verir ki, bu çərçivədə Kəlbəcərdə müasir standartlara uyğun məktəb tikilir.

Şəhərin mərkəzində tikintisinə başlanılan məktəbdə 960 şagird təhsil alacaq.

Məktəb 2 hektardan böyük ərazidə inşa edilir. Layihənin icrasına oktyabr ayında başlanıb və qısa zaman ərzində böyük işlər görülüb.

Layihənin rəhbəri Sənan Bədəlov İTV-yə bildirib ki, bina 4 mərtəbə və bir zirzəmidə ibarətdir. Ərazidə məktəbdən əlavə istilik sistemi üçün qazanxana, enerji üçün transformator otaqları və futbol meydançası olacaq. 

Təhsil ocağının yaradılması Kəlbəcərin yenidən qurulmasına, elmin inkişafına və təhsilin dirçəldilməsinə mühüm töhfə verəcək, yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

Qeyd edək ki, öyən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası modern standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.

Xəbər lenti