Logo

BMT-nin müavini Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri ilə görüşüb - FOTO

17.03.2024 18:07 154 baxış
IMG

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktorunun əməliyyatlar üzrə müavini xanım Uqoçi Daniels "Azərbaycan Uşaqları" İctimai Birliyinin qonağı olub.

Tehsil.biz xəbər verir ki, İctimai Birliyin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin fəaliyyəti ilə tanış olan BMqT-nin müavini uşaq sığınacağının sakinləri ilə görüşüb.

Uşaqların təhsili barədə fikir mübadiləsi aparan xanım Uqoçi Daniels sığınacaqdakı uşaqlara kitablar hədiyyə edib və onlara təhsillərində uğurlar arzulayıb.

Xəbər lenti