Logo

Yer kürəsində ən qədim zəlzələlərin izləri tapılıb

17.03.2024 10:27 146 baxış
IMG

Yeni Zelandiyalı geoloqlar Yer kürəsinin tarixində ən qədim və dağıdıcı zəlzələlərin izlərini aşkar ediblər.

Tehsil.biz xəbər verir ki, bu barədə araşdırma “Geology” elmi jurnalında dərc olunub.

Alimlər bu kəşfi Afrikanın cənubundakı mürəkkəb geoloji formasiya olan Barberton Greenstone xəttini araşdırarkən ediblər. Onlar bu qənaətə gəliblər ki, bu xətt Yeni Zelandiyada seysmik sarsıntılar keçirmiş daha gənc qayalara olduqca oxşardır.

Mütəxəssislərin fikrincə, yüksək güclü seysmik təkanlar təxminən 3,3 milyard il əvvəl Paleoarxey dövründə baş verib.

Xəbər lenti