Logo

Səhiyyə Naziri “Kyung Hee” Universitetinin rəhbərliyi ilə görüşüb - FOTO

16.03.2024 13:14 157 baxış
IMG

Səhiyyə Nazirliyində Koreyanın aparıcı tibb universitetlərindən biri olan “Kyung Hee” Universitetinin rəhbərliyi ilə görüş keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb və iki ölkə arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Nazirin dediyinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur: “Koreya Respublikasında səhiyyə sahəsində inkişaf etmiş sistem yaradılıb. Koreyalı mütəxəssislər təkcə praktik fəaliyyətləri ilə deyil, həm də elmi işləri ilə bütün dünyada tanınırlar. Burada xərçəng, dayaq-hərəkət sistemi, ürək, qaraciyər və böyrək xəstəliklərinin müalicəsinin yeni üsulları təkmilləşdirilərək tətbiq olunur”.

Nazir ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində “Kyung Hee” Universitetinin nümayəndələri də Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıblar. Qeyd edilib ki, “Kyung Hee” Universitet sistemi ənənəvi Koreya təbabətində aparıcı məktəb hesab olunur. Universitetə 23 bakalavr kollec, 1 ümumi magistratura, 13 ixtisaslaşdırılmış magistr proqramı və 49 köməkçi tədqiqat institutu daxildir.

Görüşdə tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Xəbər lenti