Logo

ADPU-da magistrantlar üçün vebinar keçirilib

15.03.2024 21:12 142 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADU) Magistratura və doktorantura şöbəsi və şöbənin Davamlı təhsil və innovasiyalar bölməsinin birgə təşkilatçılığı ilə magistrantlar üçün “Kurikulumda yeni yanaşmalar rəqabətqabiliyyətli kadr hazırlığının əsas faktorlarından biri kimi” mövzusunda vebinar keçirilib.

ADU-dan "Tehsil.biz"ə verilən məlumata görə, şöbənin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov bildirib ki, vebinar müxtəlif ixtisaslaşmalar üzrə təhsil alan magistrantların təhsil sahəsində olan yenilikləri öyrənməyə marağını nəzərə alaraq təşkil edilib. Bununla yanaşı, sürətlə dəyişən və inkişaf edən müasir dünyada yeni bacarıqlara yiyələnmənin əhəmiyyətindən, onun üstünlüklərindən bəhs edilib.

Şöbənin baş mütəxəssisi Dilguşə Süleymanovanın təqdimatında keçirilən vebinarda mövcud kurikulumlarda olan yeniliklər və dəyişikliklər, onların təhsilalanlara təsiri, hazırda təhsil alan tələbələri qarşıda gözləyən perspektivlər və təhsilin əhəmiyyəti kimi vacib məsələlərə toxunulub. Bildirilib ki, son illərdə bir çox ölkələrdə təhsil sistemi təkmilləşdirilib, yenilənib, müasir tələblərə uyğun proqramlar tətbiq olunub. Bu dəyişikliklər ictimai və iqtisadi inkişafın tələblərinə uyğunlaşmağı, texnologiyalardan daha yaxşı istifadə etməyi və müasir təhsil standartlarına uyğunluğu ehtiva edir.

Son illərdə elm və təhsil naziri, ali məktəb rəhbərləri, ziyalılar və digərlərinin çıxışlarında rəqabətqabiliyyətli rəqəmsal dövrün tələblərinə uyğun kadr hazırlığının vacibliyinə diqqət yetirilir. Bu baxımdan, təqdimatda təhsil proqramlarında ifadə olunan təhsilin məzmunu, onun müasir tələblərə uyğun təşkili, qiymətləndirilməsi ilə bağlı vacib məqamlar vurğulanıb. Yeni proqramın nəzərdə tutulan 3 bölməni - hüquqi savadlılıq, fənn kurikulumlarının tətbiqi və pedaqoji-psixoloji kompetensiyalarını əhatə etdiyi diqqətə çatdırılıb, XXI əsr bacarıqları, təfəkkürün növləri, tərzləri, formaları barədə də faydalı məlumatlar təqdim olunub.

Xəbər lenti