Logo

“Əsgərə məktub” layihəsi keçirilib - FOTO

15.03.2024 17:36 119 baxış
IMG

Balakən rayon təhsil sektorunun təşəbbüsü ilə Novruz bayramı ərəfəsində “Əsgərə məktub” layihəsi keçirilib.

Bu barədə "Tehsil.biz"ə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Aksiyada 700-dən çox məktəbli, həmçinin təhsil işçiləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Layihə iştirakçıları yazdıqları məktublarda işğaldan azad olunan ərazilərdə xidmət edən əsgərlərimizə xoş arzularını bildiriblər.

Məktublar əsgərlərimizə çatdırılmaq üçün Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarına təhvil verilib.

Xəbər lenti