Logo

BMU-da tələbələrin yaradıcılıq sərgisi təşkil edilib - FOTO

15.03.2024 17:07 120 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və şəhərsalma kafedrasının müəllimləri - Ləman Abdullazadə, Zümrüd Bağırlı və Nərgiz Zakirovanın rəhbərliyi ilə tələbələrin yaradıcılıq sərgisi təşkil olunub.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, açılış nitqi ilə çıxış edən kafedranın müdiri professor Sabir Orucov bu cür sərgilərin keçirilməsinin önəmindən danışıb. Qeyd olunub ki, universitetdə belə sərgilərin keçirilməsi gənc müəllim və tələbələr üçün böyük stimuldur.

Sonra sərgiyə baxış keçirilib.

Böyük maraqla qarşılanan sərgidə memarlıq və şəhərsalma ixtisasları üzrə I, II və III kurslarda təhsil alan tələbələrin semestr boyunca işlədikləri kurs layihələri də nümayiş etdirilib. Fərqlənən tələbələrə Memarlıq və inşaat fakültəsinin müəllimləri sertifikatlar təqdim ediblər.

Xəbər lenti