Logo

Azərbaycanlı gənc Massaçusets Texnologiya İnstitutuna qəbul olub

15.03.2024 16:55 158 baxış
IMG

Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hazırda London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, məktəbli olduğu dövrdə Fidan Hüseynova bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib. O, informatika üzrə respublika fənn olimpiadalarında 4 dəfə qızıl medal və iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb.

Xəbər lenti