Martın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələri üçün işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, müsahibə mərhələsində 34 nəfər iştirak edir. Müsahibə Komissiyası tərəfindən ən azı 20 dəqiqə ərzində namizədin ixtisası üzrə bilik və bacarığı, məktəb idarəetməsi ilə bağlı qanunvericilik bilikləri, ünsiyyət və təqdimetmə bacarığı və müvafiq meyarlar üzrə digər bilikləri yoxlanılır.
Komissiya namizədləri müvafiq meyarlar əsasında 5 ballıq sistemlə qiymətləndirir, namizəd azı 3 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır.

