Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara sertifikatlar təqdim olunub

08.04.2021 13:45 977 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Gabala Hospitality Groupun əməkdaşlıq layihəsini uğurla bitirən məzunlara sertifikatlar təqdim olunub.

 

 Turizm sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Gabala Hospitality Groupun (GHG) Qəbələ rayonunda yerləşən Tufandağ Qış Yay Turizm İstirahət Kompleksinin idarəedici şirkəti ilə həyata keçirdiyi layihə başa çatıb. Layihə çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm sahəsi üzrə ixtisaslara yiyələnən tələbələrə əlavə ixtisaslaşdırma kursları tədris olunub.

 

15 nəfərlik ilk qrupla sürətli kurslara cəlb olunmuş tələbələrə xizəksürmə peşəsi üzrə təlimlər keçirilib və təlimləri müvəffəqiyyətlə bitirən məzunlara ikitərəfli təsdiq olunmuş sertifikatlar verilib. Sertifikatlara layiq görülən məzunların müəssisədə işlə təmin olunması nəzərdə tutulur. Tələbələrə şirkətin SƏTƏM üzrə meneceri tərəfindən iş yerində təhlükəsizlik və əməyin mühafizəsi üzrə də təlimlər keçirilib.

Xəbər lenti