Logo

Şagirdə qarşı qeyri-etik hərəkət etdiyi iddia olunan müəllim və direktor işdən çıxarıldı

14.03.2024 15:45 164 baxış
IMG

Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılmış informasiya barədə araşdırma aparılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumat yayıb.

Araşdırmanın nəticəsində məlum olub ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə söhbət aparılıb və bundan sonra müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib:

“Sözügedən müəllim isə araşdırma başlanılan zaman öz ərizəsi ilə işdən azad olunmaq üçün müraciət edib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmçinin, məktəbin direktoru səlahiyyətlərini icra edən direktor müavini də işdən azad edilməsi üçün ərizəsini təqdim edib.

Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

Qeyd edək ki, Xaçmaz rayonunun Qusarçay kənd tam orta məktəbində müəllimin şagirdə qarşı davranışı ilə bağlı polisə müraciət olunması ilə bağlı məlumat yayılmışdı

Belə ki, məktəbin idman müəlliminin dərs zamanı 8-ci sinif şagirdi olan qıza qarşı qeyri-etik hərəkətlər etdiyi iddia edilib. Şagird məktəb rəhbərliyinə müraciət edərək müəllimin qiymət yazmaq qarşılığında ona qarşı qeyri-etik hərəkət etdiyini bildirib.

Xəbər lenti