Logo

“CyberCamp 2024” yaz düşərgəsinin növbəti mövsümü təşkil olunacaq

13.03.2024 16:30 136 baxış
IMG

Martın 21-25-də “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyilə Quba rayonunda “CyberCamp 2024” tələbələr üçün yaz düşərgəsinin növbəti mövsümü keçiriləcək.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, yaz düşərgəsində aşağıda qeyd edilən kateqoriyalar üzrə şəxslərin iştirakı nəzərdə tutulur:

-Kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya kibertəhlükəsizlik ixtisasları üzrə təhsil alan bakalavriat və magistratura tələbələri;

-Qeyd edilən sahələr üzrə bilik və bacarıqlara malik digər ixtisas tələbələri, həmçinin son 2 ildə məzun olmuş şəxslər.

Düşərgə ərzində kibertəhlükəsizlik üzrə qeyd olunan istiqamətlərdə praktiki fəaliyyətlərin təşkili planlaşdırılır:

-Veb-proqram təminatlarında rast gəlinən və “OWASP Top 10” üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarına dair laboratoriya işləri (CTF formasında);

-Əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi;

-Zərərli proqram təminatının analizi və tərsinə mühəndisliyə aid tapşırıqlar;

-Kriptoqrafiyaya dair tapşırıqlar.

Düşərgədə iştirak etmək istəyənlər martın 15-dək link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən, bu sahədə karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması, həmçinin yeni iş imkanları əldə etməsinə şərait yaratmaqdır.

Xəbər lenti