Logo

Şirvan-Salyan Regional Təhsil İdarəsində fənn olimpiadalarının finalında iştirak edəcək şagirdlərlə görüş olub - FOTO

13.03.2024 10:00 371 baxış
IMG

Şirvan-Salyan Regional Təhsil İdarəsində respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanmış şagirdlərlə görüş keçirilib.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, görüş zamanı final mərhələsinə hazırlıq prosesi, qarşıda duran hədəflər müzakirə edilib.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə 60 şagird respublika fənn olimpiadalarının finalında iştirak etmək hüququ qazanıb.

Xəbər lenti