Logo

Bir neçə təhsil müəssisəsində yoxlama aparılıb, rəhbərlər haqda tədbir görülüb

13.03.2024 00:11 385 baxış
IMG

Qarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən təhsil müəssisələrində monitorinq aparılıb.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, monitorinq zamanı Ağcabədi rayonu üzrə təhsil sektorunun 4 nəfər əməkdaşı tərəfindən vəzifə öhdəliklərinin vaxtında və düzgün icra olunmadığı məlum olub.

"Nəticə etibarilə təhsil müəssisələrinin fəaliyyətinə nəzarət edilməyib, bir sıra neqativ hallara yol verilib.

Göstərilənləri nəzərə alaraq Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşları və yoxlanılmış təhsil müəssisələrinin rəhbərləri barəsində Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq intizam tənbeh tədbirləri tətbiq edilib.

Hazırda monitorinqlər planlı və ardıcıl şəkildə davam etdirilir", - idarənin məlumatında qeyd olunub.

Xəbər lenti