Logo

“TikTok Photos” adlı sosial şəbəkə təqdim olunacaq

12.03.2024 23:13 151 baxış
IMG

“TikTok” tərtibatçıları fotoların paylaşılması üçün “TikTok Photos” adlı sosial şəbəkə təqdim etməyə hazırlaşırlar.

Tehsil.biz “TheSpAndroid” portalının yaydığı məlumata istinadən xəbər verir ki, Android və iOS sistemlərində işləyən qurğular üçün əlçatan olacaq yeni sosial şəbəkənin instaqramın rəqibinə çevriləcəyi bildirilir.

"TikTok Photos”un veb versiyasının olub-olmayacağı, eləcə də buraxılış tarixi hələlik açıqlanmayıb.

Xəbər lenti