Logo

Van Qoqun əsəri 4,5 milyon avroya satılıb

10.03.2024 21:40 172 baxış
IMG

Van Qoqun 1884-cü ildə çəkdiyi “Ağ papaqlı kəndli qadın” portreti Maastrixtdə keçirilən Avropa İncəsənət Yarmarkasında (TEFAF) satılıb.

"Tehsil.biz"in NOS telekanalına istinadən məlumatına görə, portreti alan şəxs 4,5 milyon avrodan çox pul ödəyib.

Əsər Yeni Orleanda yerləşən M.S. RAU qalereyası tərəfindən satışa çıxarılıb.

TEFAF martın 14-dək davam edəcək. Builki yarmarkada 22 ölkədən 270-dən çox qalereya və antikvar ticarəti ilə məşğul olanlar iştirak edir. Onlar rəsmlər, heykəllər, zərgərlik məmulatları, fotoşəkillər və s. təklif edirlər.

Xəbər lenti