Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan festival keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.
Festivalda Universitetin qadın əməkdaşları “Toxuculuq”, “Salat hazırlama” və “Rəsm çəkmə” nominasiyaları uğrunda yarışlarda iştirak ediblər.
Sonda qaliblərə sertifikatlar verilib.







