Logo

MDU-nun təqaüddə olan müəllimi ziyarət edilib - FOTO

08.03.2024 20:47 336 baxış
IMG

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı təqaüddə olan, ömrünün çox hissəsini bu ali təhsil müəssisəsində müqəddəs müəllimlik peşəsinə həsr etmiş müəllimi Nərgiz İslamovanı ziyarət edib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, ziyarət zamanı universitet rəhbərliyi və kollektivinin N.İslamovaya bayram münasibətilə təbrikləri çatdırılıb, uzun illər MDU-nun inkişafı üçün göstərdiyi fəaliyyətə görə təşəkkür edib.  

Göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirən N.İslamova bu gün müasirləşməkdə olan MDU-nun fəaliyyətini yaxından izlədiyini, uğurlarına sevindiyini diqqətə çatdırıb.

Xəbər lenti