Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Əzəmi Hüseynov və Oruc Nəcəflinin anasnı ziyarət edib.
MDU-dan "Tehsil.biz"ə bildirilib k,i görüşlər zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış MDU-nun məzunlarının əziz xatirəsini daim böyük hörmət və ehtiramla yad edildiyi bildirilib, qəhraman oğurlları böyüdən analara minnətdarlıq edilib və MDU rəhbərliyinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrikləri çatdırılıb.
Şəhid anaları – Azadə Abdullayeva, Flora Məmmədova və Sayad Hüseynova dövlətin daim yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısına minnətdarlıqlarını bildirib, təbriklərə görə təşəkkür ediblər.

