Logo

Dendrologiya İnstitutunun əməkdaşı Şəki şəhərində ekspedisiyada olub - FOTO

07.03.2024 23:26 354 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasının elmi işçisi dissertant Sona Qulizadə Azərbaycanın tarixi qədim şəhərlərindən olan Şəki şəhərində ekspedisiyada olub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, ekspedisiyanın məqsədi Tutkimilər fəsiləsinin Tut cinsinə aid növlərin stress dalğalarla tomoqrafik analizini təhlil edən dissertant bu növlərin bioekoloji xüsusiyyətləri ilə yanaşı, zərərvericilərə qarşı davamlılığını da araşdırılmasıdır. Şəhərdən az uzaqda yolun kənarında olan yaşı 40-50 ilə yaxın yan-yana cərgə ilə düzülmüş 7 tut ağacı analiz üçün ideal nümunə kimi götürülərək təhlil edilib. Ağacların qalın odunlaşmış gövdəsi ilə simbioz yaşayan digər canlılar iqlim və zərərvericilərin təsirindən yaranmış oyuqda inkişaf edərək artır. Bu da ağacın sürətli və sağlam inkişafına mane olur. Alınan nəticələr institutun elmi bazasında təhlil edilib əsas məqamlar dissertasiyada qeyd olunacaq.

Xəbər lenti