Logo

73 yaşında peşə təhsili alır

07.03.2024 18:33 230 baxış
IMG

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan 73 yaşlı Musa Mahmudovla görüşüb.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, Musa Mahmudov arıçılıq ixtisası üzrə təhsil alır.

Peşə təhsilinin ən yaşlı tələbəsi olan Musa Mahmudov 1951-ci ildə Qəbələnin Vəndam kəndində doğulub. Musa Mahmudov 2004-cü ildən arıçılıqla məşğuldur. Əvvəllər arılarını Mingəçevirdə saxlayar və ətraf bölgələrə aparardı. Son 11 ildir ki, arılara Vəndamda baxır və hazırda 60 arı ailəsi var. Özu ana arı yetişdirir və onlardan arıların artırılmasında və dəyişdirilməsində istifadə edir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində arıçılıq ixtisasının açılmasına ən çox sevinənlərdən biri Musa Mahmudov olub. Çünki o, arıçılığı praktik bacarsa da, onun digər sirlərini zəif bilirdi. Ona görə də bu yaşında tələbə olmaq arzusunu reallaşdırıb. Hazırda qrupun ən fəal tələbələrindən biridir. Yaşı 70-i keçsə də, təhsil almaq, bilik və bacarıqlarını artırmaq yolunda yorulmadığını bildirir.

Xəbər lenti