Logo

Laçın şəhərində, Zabux kəndində və Füzulidə yerləşən məktəblərdə ilk dəfə buraxılış imtahanları keçiriləcək

07.03.2024 10:36 326 baxış
IMG

Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçiriləcək.

Tehsil.biz xəbər verir ki, DİM ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1 nömrəli məktəbdə buraxılış imtahanı keçirəcək.

Xatırladaq ki, martın 10-da respublikanın 33 şəhər və rayonunda təşkil olunacaq imtahanda 53 min 102 şagirdin iştirakı nəzərdə tutulur.

Xəbər lenti