Logo

ADPU-nun Quba filialının tələbələri pedaqoji internaturada - FOTO

06.03.2024 22:36 430 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının sonuncu kurs tələbələrinin pedaqoji təcrübələri regionda fəaliyyət göstərən təhsil müəssisələrində uğurla davam etdirilir. 

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan və Quba şəhərində yerləşən 5 təhsil müəssisəsi, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə filial tələbələrinin pedaqoji internatura üçün nəzərdə tutulan kreditləri qazanmalarına şərait yaradılıb.

Artıq müvafiq ixtisaslar üzrə tələbələr tərəfindən sınaq dərsləri keçirilir. Bu dərslərdə tələbələr minimum bilik və bacarıqlarnı nümayiş etdirirlər. Onları həm təcrübə bazalarından, həm də filialdan ayrılan təcrübə rəhbərləri dinləyir və qiymətləndirirlər. 

Tələbələrə uğurlu dərs aparmaq, dərsin məntiqi ardıcıllığını müəyyən etmək, şagirdlərə lazım olan dərs vəsaitlərini seçmək, şagird nailiyyətlərini sistematik olaraq qeydə almaq, sinfi idarə edə bilmək, səmərəli təlim prosesi yaratmağın yolları haqqında lazımi tövsiyələr verilir.

Xəbər lenti