Logo

“Xərçəng xəstəliyinin kodlaşdırmayan drayver mutasiyaları” mövzusunda elmi seminar keçirilib - FOTO

06.03.2024 22:17 160 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Xərçəng xəstəliyinin kodlaşdırmayan drayver mutasiyaları” mövzusunda elmi seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib. 

Seminarı institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbirin olduqca maraqlı mövzuya həsr olunduğunu bildirib. 

Sonra Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov “Xərçəng genləri və onların təsnifatı”, “Kodlaşdırmayan drayver mutasiyaları və onların genom üzrə paylanması”, “Promotor mutasiyaları və xərçəng xəstəliyi” barədə bir sıra məqamlara toxunub. O, xərçəngtörədən gen/xromosom mutasiyaların əksər hallarda generativ hüceyrələrdə deyil, yalnız müəyyən somatik hüceyrələrdə yarandığını söyləyib. 

Məruzə dinlənildikdən sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti