Logo

Nazir müavini "Naxçıvan” Universitetinin bağlanmasından danışdı

06.03.2024 20:00 357 baxış
IMG

"Naxçıvan” Universiteti ilə bağlı olan istiqamətlər, məlumatlar müvafiq mərhələlərlə ictimailəşdiriləcək".

Tehsil.biz xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov jurnalistlərə açıqlamasında bildirib:

"Məlum brifinqdə Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev tərəfindən “Naxçıvan” Universitetinin bağlanması ilə bağlı media qurumlarına müəyyən məlumat verildi. Qeyd edim ki, Naxçıvan Muxtar Respublikasındakı ali təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan müəssisələr kimi fəaliyyət göstərmir. Onların birbaşa tabeçiliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindədir. İstənilən halda ali təhsil müəssisəsinin qurumlarının fəaliyyətinin dayandırılması ilə bağlı məzmunda ictimaiyyətə müvafiq məlumatlar ötürülür. “Naxçıvan” Universiteti ilə bağlı olan istiqamətlər, məlumatlar müvafiq mərhələlərlə ictimailəşdiriləcək. Əlavə olaraq onu qeyd edə bilərəm ki, bu məzmunda artıq təcrübə var. Azərbaycan Respublikasının bundan əvvvəl müəyyən özəl məktəblərin bağlanması və tələbələrin köçürülməsi ilə bağlı təcrübəsi var. Həmin məzmunda böyük ehtimal ki, tətbiqlər ediləcək. Bunun artıq təlimatı, qanunauyğun qaydaları artıq formalaşıb", - deyə nazir müavini qeyd edib.

Xəbər lenti