Məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb edilmələri məqsədilə ölkədə ilk dəfə olaraq həyata keçirilən “Məktəbli könüllü” proqramının martın 15-də açılış mərasimi keçiriləcək.
Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, 132-134 nömrəli təhsil kompleksində təşkil olunacaq proqramın açılış mərasimində iştirak etmək istəyən şagirdlər martın 13-də saat 18:00-dək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılmasına xidmət edən proqram “Bir könüllü” tələbə təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyilə həyata keçirilir.
İlkin mərhələdə yalnız Bakı, Xırdalan və Sumqayıt ərazilərində yerləşən ümumi təhsil müəssisələrini əhatə edən proqrama bu günə qədər 1000-dən çox müraciət daxil olub. Müsahibə mərhələsinə 720 nəfər dəvət edilib və onlardan 350-si proqrama üzvlük haqqı qazanıb.