Logo

Peşə Təhsili üzrə Dövlət Agentliyinə edilən vətəndaş müraciətlərinin STATİSTİKASI

06.03.2024 18:00 264 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi 2024-cü ilin yanvar və fevral ayları üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, ötən iki ay ərzində ümumilikdə 1541 vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlərin 215-i sosial şəbəkələr, 934-ü Çağrı Mərkəzi üzərindən edilib. Habelə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi üzərindən 196 müraciət daxil olub. 164 elektron müraciət cavablandırılıb, 32 vətəndaş isə qəbulda iştirak edib.

Xəbər lenti