Regionlarda müəllimlərin işə qəbulu müsabiqəsi əsasında işə qəbul edilən kişi müəllimlərin sayında artım var.
Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
“Kişi müəllimlərin sayının artması tədris keyfiyyətinə, nəticələrin yüksək olmasına təsir etmir. Tarixən qadınlar müəllimliyə daha çox meyl edib”, - deyə agentlik direktoru qeyd edib.